Yazdım da…

Salam Aleykuma…Çoxdandır yazmıram deyəsən. Ola bilər yadırğamışam. Nəisə mən yaxşıyam. Siz necəsiz? Mən hələ də yaşayıram. Siz də yaşayırsız? Hər dəfə bura nəsə yaza bilərəm və yazıram. Oxuyan da olur, şəkillərə də baxan olur, heç bloqumun üzünə də baxmayan olur, açan kimi bağlayan da (bloqu nəzərdə tuturdum). Amma mənə qulaq asmayın. Continue reading

Advertisements

Goodbyesiz Bakı!

Şəhərimizin necə də romantik adı var. O dəqiqə adamın ağlına “Bakı gecələri”, milyonlarla işıq, külək, dəniz gəlir. Dünyada ən böyük bayraq..Ancaq mən o haqda yox-sözün əsl mənasında Bakıda həmişəlik sağollaşmayın, əgər Bakıda yaşayırsızsa.

İnsanlarla sağollaşmayın.

Baxın necə bu olur: siz iradənizi yığıb sağollaşırsınız.”Həmişəlik”. Göz yaşları, kədər, darıxmaq. Vidalaşma baxışlar, əl sıxmaq, öpüş- hər şey filmlərdə olduğu kimi, haradakı meqapolislərdə vidalaşırlar. Və yaxud sadəcə facebookdan dostluqdan silmək olar-hər kəsin öz üsulu var. Belə halda bundan sonra evdə oturun.

Yetər ki, “torqoviy” adlandırdığımız yerdən keçəsən ki, 100% kimləsə qarşılaşacaqsınız. O hislərini gizlətmək, o insanlar üçün burnunun ucu göynəyəcək.. Continue reading

Tanış olaq?

Blog-3_12_15

– Biz artıq cəhd etmirik. Sadəcə görüşməkdə artıq bir məna görmürük. Dədə-baba, yan-yörəmiz hər zaman deyir: “Əşi qız doludu bala uzaq başı kimisə düzəldəjiyih”. Bir misal var : dənizdə o qədər balıq var ki, hər kəsə çatacaq. Lakin indi bütün balıqlar barmaqlarımızın altındadır – telefon və planşetlərdə, tanışlıq proqram və saytlarında – ürəyin istəyən qədər. Onlayn üzərindən İphone sifariş etdiyimiz kimi insanları sifariş edə bilirik, özdəki pulsuz çatdırılma ilə 🙂 Biz yaxınlığı artıq smayliklər göndərməklə çatdırırıq. “Sabahin xeyir, həyatım və ya good morning, honey” smsi artıq özü-özlüyündə dəyər və diqqət verdiyimizi zənn edirik. Romantika yoxdu, artıq qalmayib deyirik. Bəlkə də elədir ki var, amma nədən biz onu yenidən özümüzə uyğun yaratmayaq? Bəlkə elə o romantika indiki zamanda adicə görüş vaxtı telefonları bir qırağa qoyub bir-birimizin gözünə baxmaqdır. Bəlkə elə o bizim çox yaxınımızdadır, sadəcə olaraq biz onu görmürük və ya görməyə cəhd etmirik.  Continue reading

İş müsahibəsi haqda bilməli olduqların

The Most Clear Points for interview!

Hello Kishi

Əsas mərhələni keçmisən. Ərizənə baxıb səni xoşlayıblar, indi isə səni iş müsahibəsinə dəvət ediblər.

rsz_2interviewNə etməli? Nə geyinməli? Necə hazırlaşmalı? Nə danışmalı? Başlayaq!

Geyim

İlk təəssüratlar uzun müddət yadda qalır. Müsahibəyə gedəndə rəsmi paltar geyinməlisən. Bu o deməkdir ki, cins, futbolka (T-shirt), krasovka geyinmək ümumiyyətlə gülüncdür. Müsahibəyə oğlanlar təmiz qara kostyum, ağ/mavi köynək və qalstuk (və qara corab, qadanalım), qızlar isə rəsmi qara don və ya ağ kofta qara yubka/şalvar, çox hündür olmayan qara ayaqqabı geyinməlidir. Qızlar, iş müsahibəsinə geyindiyiniz paltar qolunuzun yuxarı hissəsini, dizdən yuxarı hissəni və sinənin döş hissəsini (Victoria’s Secret modelliyinə gedirsinizsə, o başqa) göstərməməlidir. Paltarınız ütülü, təmiz olmalıdır. İş müsahibəsinə parfüm vurmaq professional deyil. Parfüm qarşınızdakı insanda başağrı və mənfi reaksiya yarada bilər. 

Üz və saç

Oğlanlar təbii ki, üzlərini qırxmalıdır. Qızlar, nəzərə alın ki, Hallouin partisinə və ya toya getmirsiniz. Un meşokuna girib çıxmağa ehtiyac yoxdur. Sadə göz layneri/kölgəsi və bir az təbii ənlik (rumyana)…

View original post 874 more words

Свадьба по Азербайджански

580903_312277722178891_316397125_n

Только я сел за стол дома поужинать после утомительного дня (подумать только, я восемь часов отсидел свой зад в офисе, потратив уйму энергии на размышления по поводу «когда же все таки зарплата?», просмотр десятки сайтов в интернете и выставления себя напоказ в социальных сетях, прервавшись только на обед) как Сева, моя супруга, коварно выждав момент, когда я погрузился в ужин… буквально с головой, громогласно заявила:
-В следующую субботу у Рамина свадьба. Continue reading

Camaatın uşağı

Xalxin Usagi

Ən ağıllı, ən tərbiyəli, ən bacarıqlı, ən sözə qulaq asan, ən ən ən desən bitməyəcək dərəcədə ideal uşaq bilirsinizmi kimin uşağıdır? Təbii ki, “camaatın uşağı!”.  (el arasında xalxın uşağı da deyilir)

Çoxdandır vəh gəlmirdi ki, yeni yazı yazım. Elə bu gün dənizdə (çiməndə yox) hava alan zaman yaxın bır qız var (adı reklam olar) camaatın uşağına aid söhbət düşdü. Elə bil ki, neçə aydı bu söhbəti gözləyirdim. Necə deyərlər yaralı yerimə toxundu. Başınızı ağrıtmayım, keçim mətləbə. Continue reading